İsraildə qanunverici orqan olan Knessetdə parlamentin buraxılması ilə bağlı qanun layihəsi ilkin mərhələdə təsdiqlənib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, parlament komissiyasında səs çoxluğu ilə təsdiqlənən layihə ümumi yığıncaqda səsverməyə qoyulacaq.
Bu səsvermədə də yetərsay təmin olunsa, İsrail Knesseti buraxılacaq. Hazırda parlament qüvvələri erkən seçkilərin 16 marta qərarlaşdırılmasını müzakirə edir.