"O bizim yanımızdadır, onunla fəxr edirəm. Onun haqqında keçmişdə danışa, "var idi" deyə bilmərəm. O həmişə mənim ürəyimdədir".
Unikal.org xəbər verir ki, bu sözləri şəhid Cavid Həsənovun anası Mirvari Həsənova AzTV-yə müsahibəsi zamanı deyib. Onun atası Mikayıl Həsənov da Qarabağ müharibəsinin iştirakçılarından olub. Buna görə də Cavid üçün Vətən torpağı ovcunun içi boyda xoşbəxtlik idi.
M.Həsənov şəhid oğlunun qazandığı nailiyyətlərindən və uğurlu kariyerasından söz açıb:
"Cavid ali təhsilli idi, ingiliscə gözəl danışırdı. Xarici şirkətdə neft mühəndisi işləyirdi".
28 yaşlı şəhidimiz mühəndis kimi Azərbaycanı bir çox ölkələrdə təmsil edib. O könüllü olaraq döyüşə gedib və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.