İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını “Facebook” səhifəsində paylaşıb.
Unikal.org xəbər verir ki, Dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazıb. O, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırıb.
Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edib. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirib.
Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.