Avropa İttifaqı 2020-ci ilin son zirvə toplantısını gerçəkləşdirəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, toplantı 10-11 dekabr tarixlərində baş tutacaq. Üzv ölkələrin dövlət və hökumət başçılarının görüşündə əsas mövzunun büdcə məsələləri olacağı gözlənilir.
Toplantının Türkiyə ilə münasibətlər baxımından da həlledici olacağı bildirilir. Bu zirvə görüşünü fərqləndirən digər cəhət isə Böyük Britaniyanın sonuncu dəfə üzv kimi toplantıya qatılması olacaq.
Zirvə toplantısı Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçiriləcək.