Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 10 noyabr sazişindən sonra Qarabağda döyüş meydanından 846 hərbçinin cəsədinin çıxarıldığını bildirib.

Unikal.org xəbər verir ki, Avinyan onlardan 246-sının tanınaraq cəsədlərinin ailələrinə təhvil verildiyini, 154 nəfərin cəsədinin tətbiq olunduğunu və daha 443 nəfərin DNT testinin aparıldığını əlavə edib.