Xəbər verdiyimiz kimi, sabah - dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, Azadlıq meydanında keçiriləcək möhtəşəm tədbirin ssenari müəllifi və aparıcısı, polkovnik Abdulla Qurbani Zəfər paradında Şuşaya sancılan bayrağı meydana kimin gətirəcəyini açıqlayıb: "Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən general-mayor Zaur Məmmədov gətirəcək".