Rusiya və Çinin artan rəqabətinə baxmayaraq, 50-ci illərdən başlayan kosmik yarış ABŞ-ın liderliyi ilə davam edir.

Unikal.org  xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Milli Kosmik Şuranın iclasında deyib.

Onun sözlərinə görə, Rusiya və Çin kosmik silah hazırlamaqda davam edirlər:

“Rusiya bu ilin əvvəlində kosmosdakı sputnik əleyhinə silahını nümayiş etdirdi. Çin isə yeni pilot stansiyası yaratdı və onların pilotsuz gəmisi yaxın həftələrdə Aydan qrunt gətirəcək”.

Pens qeyd edib ki, Çin sürətlə ABŞ-ın kosmosda ciddi rəqibinə çevrilir.