İlk hava taksisi yaxın üç il ərzində işə başlaya bilər.

Unikal.org  xəbər verir ki, bu barədə Almaniyanın “Volocopter” şirkəti məlumat yayıb.

Bildirilib ki, Sinqapurda iki sərnişini daşımağa qadir olan ilk hava taksisinin işə salınacağı planlaşdırılıb. Buna əsaslanaraq bu dövlətin qurumları ilə sıx əməkdaşlığa başlanılıb.

Taksi daha çox helikopteri xatırladır. Onun yükgötürmə qabiliyyəti 450 kiloqram, uçuş məsafəsi isə 30 kilometrə qədərdir. 

Güman olunur ki, müştərilər xüsusi platforma vasitəsilə təyinat məntəqəsini göstərəcək, daha sonra isə həmin məlumatlar taksi sistemində emal olunaraq qəbul ediləcək.