Çin Xalq Respublikasında son sutkada koronavirusa 12 yeni yoluxma qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saatda ölkədə COVID-19-dan ölüm faktı müşahidə olunmayıb.

Çində ümumu yoluxma sayı 86 673-ə yüksəlib. COVID-19-un ortaya çıxmasından bəri Çində 4 634 nəfər həyatını itirib.