Afrika ölkəsi Qanada prezident seçkilərindən sonra başlayan iğtişaşlarda 5 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə polisi məlumatı təsdiqləyib. Həmçinin onlarla yaralının olduğu bildirilib. İğtişaşlar davam etməkdədir.

Qeyd edək ki, 7 dekabrda Qanada keçirilmiş prezident seçkilərində 12 namizəddən biri olan Nana Addo Dankva 51,59 faiz səs çoxluğu ilə dövlət başçısı seçilib. Etirazçılar seçkilərin saxtalaşdırıldığı iddiası ilə küçələrə axışıb.