Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 570 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 178 953, ölənlərin sayı isə 1 657 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 148 332 nəfərin sağaldığı bildirilir.