“Nikol Paşinyanın gedişi qaçılmazdır. Məsələ budur ki, o getməmişdən əvvəl dövlətə və xalqa nə qədər zərər vuracaq”.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Baş naziri, hazırda nəzərdə tutulan müvəqqəti hökumətin rəhbrəliyinə əsas namizəd Vazgen Manukyan bildirib.
Manukyan əlavə edib ki, onun hakimiyyəti seçkiləri şəffaf keçirəcək və xalq öz seçimini edəcək. “Müvəqqəti hökumət 1 il fəaliyyət göstərəcək. İndiki situasiyada erkən seçkilərin keçirilməsi sadəcə absurddur. İndi ölkənin təcili bir sıra problemləri həll etməli olduğu, psixoloji təzyiqlərin olduğu və üstəgəl, Ermənistanı məhv edə biləcək tərəflərin mübarizə apardığı bir vəziyyətdir”, - deyə o vurğulayıb.