Ermənistanda iğtişaşlar zamanı 29 nəfər saxlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, paytaxt Yerevanda başlayan etiraz aksiyaları kütləvi iğtişaşa çevrilib. Hökumət binasının önündə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə nəhəng mitinq təşkil olunub. Polislə etirazçılar arasında gərginlik yaşanıb.

Xəsarət alanlar barədə məlumatlar var. Aksiyaçılara xüsusi amansızlıqla davranıldığı deyilir. 29 etirazçı saxlanılıb. Bu sayın artacağı istisna olunmur. Faktı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti əməkdaşı Zarzan Qabrielyan təsdiqləyib.