ABŞ-ın “SpaceX” şirkəti tərəfindən hazırlanan ən yeni kosmik raket “Starship”in prototipi sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Unikal.org  xəbər verir ki,  şirkətin rəsmi “YouTube” kanalında bununla bağlı video paylaşılıb.

Kadrlarda raketin yüksək sürətlə Yer səthinə çırpıldığı görünür.

“SpaceX”in qurucusu İlon Mask isə hadisəyə müsbət reaksiya göstərib. O, raketin eniş anında yanacaq çənindəki çox aşağı təzyiq səbəbindən sürətinin azalmadığını izah edib, ancaq buna baxmayaraq, test zamanı bütün lazımi məlumatların da əldə edildiyini vurğulayıb.