İranda ötən sutka ərzində 284 nəfər koronavirusdan (COVID 19) ölüb.
Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 51 496 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 403 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 083 023 nəfərə yüksəlib