İqor Dodon Maya Sandunu Moldova prezidenti seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Moldovada Konstitusiya Məhkəməsi son prezident seçkilərinin nəticəsini bu gün təsdiqləyib. Bu münasibətlə seçkilərə qədər Moldova prezidenti olmuş və Maya Sanduya uduzmuş namizəd İqor Dodon rəqibini təbrik edib. Yeni prezidentin andiçmə mərasimi 24 dekabrda baş tutacaq.

Qeyd edək ki, qərbyönümlü namizəd Maya Sandu Moldovadakı son prezident seçkilərində ikinci turda 57.75 faiz səs çoxluğu ilə rusmeyilli rəqibi İqor Dodona qalib gəlmişdi.