Rusiya Prezidenti Vladimir Putin ölkədə bəzi nazirlərin koronavirus xəstəsi olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Putin buna baxmayaraq nazirlərin evdən və ya xəstəxana palatasından işləməyə davam etdiklərini bildirib.
Bununla belə, Rusiya lideri xəstəliyə yoluxmuş nazirlərin adlarını açıqlamayıb.