Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 77 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 9722 nəfərə çatıb.

Moskvada indiyədək 671 948 yoluxma halı qeydə alınıb, 512 969 pasiyent xəstəliyə qalib gəlib.