Gürcüstanda qalmaqallı parlament seçkilərindən sonra bu gün qanunverici orqan ilk iclasını keçirib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bir sıra müxalifət nümayəndələri parlament önündə növbəti aksiya keçirib. Onlar saxta yolla seçildiyini iddia etdikləri parlamentin işə başlaması ilə Gürcüstanda "demokratiyanın dəfn olunduğunu" bildiriblər. Parlament binasının önünə dəfn mərasimində olduğu kimi güllər düzülüb. 

Qeyd edək ki, müxalifət parlamentin fəaliyyətini boykot edir və seçkilər saxtalaşdırıldığına görə mandatlardan imtina etdiyini açıqlayıb.