ABŞ-ın Kaliforniya ştatının Lankaster şəhərində ata iki övladını öldürüb.
Unikal.org xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
İstintaqın məlumatına görə, 34 yaşlı Moris Teylor 13 yaşlı qızı və 12 yaşlı oğlunun başını kəsib. 5 gün ərzində onların cəsədini evdə saxlayıb. Bu müddətdə cəsədləri 8 və 9 yaşlı iki oğluna göstərib.
Polis evə qaz sızması ilə bağlı məlumat əsasında baxış keçirərkən cəsədləri tapıb. M.Teylor həbs edilib, onu 57 il həbs cəzası gözləyir.