Ermənistan Xüsusi İstintaq Komitəsi müxalif partiya sədri Qarnik İsaqulyana cinayət işi başladıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan xüsusi xidmət orqanlarına saxta informasiya verməkdə və hüquq-mühafizə orqanlarına yalan ifadə verməkdə ittiham olunur.
Müxalifət nümayəndəsi bu addımı siyasi xarakterli qərar adlandırıb və təzyiq kimi qiymətləndirdiyini bildirib.