Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi ilə bağlı müzakirələr davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Brexit" prosesi COVID-19 əleyhinə vaksin idxalı ilə bağlı da problemlərə səbəb olub.
Belə ki, Avropa İttifaqı büdcəsindən vaksin tədarükü ilə bağlı vəsait ayrılması və Böyük Britaniya ilə ticarət müqaviləsinin imzalanması bu iki maliyyə əməliyyatı arasında suallar doğurub. Ticarət sahəsində razılaşma əldə etmək hələlik mümkün olmadığına görə vaksin idxalı məsələsi də yubana bilər. Hazırda bu problemin aradan qaldırılması yolları axtarılır.