Pakistan İslam Respublikası sərhəd qonşusu Hindistana etiraz notası verib.

Unikal.org xarici KİV-ə istinadən yazır ki, notanın təqdim edilməsinin səbəbi Kəşmir bölgəsində Hindistanın razılaşdırılmış atəşkəs rejimini pozması olub.

Pakistan XİN açıqlamasında atəşkəsin pozulması nəticəsində bir vətəndaşın ağır şəkildə yaralandığı bildirilib. İl ərzində 2 940 dəfə müxtəlif atəşkəs pozuntuları olduğu, 27 nəfərin həyatını itirməsi və 247 nəfərin yaralanması ifadə olunub.