Gürcüstanda hökumət kabinəsi tam tərkibdə istefaya gedib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, istefa parlamentli respublika üsul-idarəsinin prosedur qaydaları çərçivəsində atılmış addımdır.

Belə ki, yeni seçilmiş parlament fəaliyyətə başladığı gün cari hökumət istefaya getməlidir. Hazırda qanunverici orqanın əsas vəzifəsi yeni komandadan ibarət hökumət kabinəsi formalaşdırmaqdır. Yaxın günlərdə bununla bağlı yekun səsvermənin keçirilməsi gözlənilir.