İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 232 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 51 728 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 9 594 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 092 617 nəfərə yüksəlib.