Mərakeş İsrail dövləti ilə münasibətlərini düzəldən ərəb ölkələri sırasına qatılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeş Krallığı rəsmi şəkildə yaxın zamanlarda İsraillə diplomatik münasibətləri bərpa edəcəyini açıqlayıb.

İsrailin ərəb ölkələri ilə müharibəsindən sonra Mərakeş bu ölkə ilə diplomatik münasibətlər quran altıncı ölkə olub. Son 42 ildə Misir və İordaniyadan sonra bu yaxınlarda BƏƏ, Bəhreyn, Şimali Sudan İsraillə diplomatik münasibətlər qurmağa qərar verib. Başqa ərəb ölkələrinin də Mərakeşdən sonra bu sıraya qoşulacağı gözlənilir.