Rusiya ordusunun Çeçenistanda yerləşən qvardiyasının komandan müavini Daniel Martınov da ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısındadır.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, çeçen hərbçi bunun üçün qürurlandığını bildirib.

"Fəxr edirəm ki, ABŞ sanksiyasına tuş gəlmişəm", - deyə Çeçenistan başçısı Ramzan Kadırovla görüşən D.Martınov bildirib.

Qeyd edək ki, ABŞ "Maqnitski Aktı" çərçivəsində Rusiyada müxtəlif sektorda çalışan xeyli vəzifəli şəxsi insan hüquqlarını pozduğu üçün sankisya siyahısına əlavə edib.