Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

Unikal.org xəbər verir ki, 10-cu çağırış parlamentin ilk iclasında deputat Arçil Talakvadze spiker seçilib. Onun namizədliyini 86 deputat dəstəkləyib.

Parlament sədrinin birinci müavini vəzifəsinə Gia Volski, sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenko seçiliblər.

Qeyd edək ki, yeni parlamentdə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası çoxluq fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze rəhbərlik edəcək.