Türkiyədə koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq olunan növbəti 56 satlıq “Evdə qal!” rejiminə başlanılıb.

Unikal.org  xəbər verir ki, dekabrın 11-də saat 21.00-da qüvvəyə minən rejim bazar ertəsi saat 5.00-dək davam edəcək.

Qeyd edək ki, həftənin ilk beş günü Türkiyədə “Evdə qal!” rejimi saat 21.00-dan saat 5.00-a qədər qüvvədə olur. Cümə axşamları isə qarşıdakı iki günü əhatə edən 56 saatlıq məhdudiyyət qüvvəyə minir.

Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir.