ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmanın artması səbəbindən restoranların fəaliyyəti qadağan edilib.
Unikal.org xəbər verir ki, bu barədə Nyu-Yorkun qubernatoru Andryu Kuomo “Twitter” hesabında yazıb.
Qubernator bildirilib ki, müştərilərə yalnız onlayn sifariş əsasında yeməklərin çatdırılmasına icazə verilir.
Kuomo, həmçinin ştatda peyvənd tədarükü məsələsinə də toxunub. Qeyd edib ki, bu həftənin sonu, təxminən 170 000 “Pfizer” şirkətinin istehsal etdiyi koronavirusa qarşı peyvəndin təhvil alınacağı gözlənilir.
Qeyd edək ki, Nyu-Yorkda son sutkada 10 mindən çox yeni virusa yoluxma hadisəsi qeydə alınıb, ümumilikdə isə bu rəqəm 750 min təşkil edir.