ABŞ-da son seçkilərindən sonra siyasi proseslər davam etməkdədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donald Trampın tərəfdarları seçkidə onun qalib gəldiyi iddiası ilə paytaxt Vaşinqton şəhərində böyük dəstək aksiyası keçiriblər.

Kütləvi iştirakla müşaiyət olunan aksiya nəticəsində Vaşinqtonda bir neçə əsas yol bağlanıb. Aksiyaçılar "Amerikanı yenidən böyük et!" şüarını səsləndirib və bu sözlərin yazıldığı plakatlar qaldırıblar. Bu tipli aksiyaların davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-da keçirilmiş son seçkilərdən sonra Donald Tramp seçkilərin saxtalaşdırlıdığı iddiası ilə çıxış edərək Co Baydenin qələbəsini tanımaqdan imtina etmişdi. Səslərin yenidən sayılması prosesi bundan sonra başlamışdı.