Türkiyədə balıqçı gəmisində yanğın baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Su perisi-2" adlı kiçik ölçülü balıqçı gəmisi qəflətən yanmağa başlayıb. İstanbulun Sarıyer rayonu sahillərində dayanmış gəminin yanma səbəbi məlum deyil. Hadisə yerinə gələn yağınsöndürmə briqadaları yanğın ətrafdakı obyektlərə sıçramadan qarşısını almağı bacarıblar.

Hadisə zamanı balıqçı gəmisində heç kim olmadığından ölən və ya xəsarət alan yoxdur. Yanğının niyə baş verməsi araşdırılır.