Gürcüstanda son sutkada koronavirusa 3 907 yeni yoluxma faktı qeydə alınıb, 3 780 nəfər sağalıb, 50 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, son 24 saatda COVID-19-a ən çox yoluxma Tbilisi (1 588), İmereti (599) və Acarıstanda (333) təsdiqlənib.