Kanada və Meksikanın koronavirus pandemiyası ilə əlaqədar olaraq ABŞ-la sərhədləri bağlı qalacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo ölkəsinin ABŞ-la sərhədlərinin bağlı qalması qərarının 2021-ci il yanvar ayının sonuna qədər uzadıldığını açıqlayıb. Sözügedən qərar bu ilin mart ayından qüvvədə idi.

Həmçinin Meksika Xarici İşlər Nazirliyi də analoji addım atacaqlarını elan edib.