İranda "Amednews" media qurumunun baş redaktoru Ruhullah Zem edam olunub.
Unikal.org xəbər verir ki, məlumatı İranın rəsmi "IRNA" agentliyi yayıb. 2019-cu ildə həbs olunmuş jurnalist müxalif fəaliyyəti ilə tanınıb. Onun "İslam İnqilabına qarşı fəaliyyətlərinə görə" edam olunduğu bildirilir.
İslam İnqilabı Məhkəməsinin verdiyi qərarın Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasından sonra edam bu gün gerçəkləşdirilib.