“Ulu öndər Heydər Əliyev bugünkü zəfərimiz üçün əlindən gələni etmişdi”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
“Bu gün əldə etdiyimiz qələbəyə görə ümummilli lider Heydər Əliyevə bir daha minnətdarıq. Çünki onun həyata keçirdiyi bütün siyasi, iqtisadi islahatlar, ordu quruculuğu, beynəlxalq sahədə gerçəkləşdirdiyi bütün tədbirlər hamısı buna yönəlmişdi. Möhtərəm cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycanın çox gözəl hüquqi bazası yaradılıb. Bu hüquqi bazanın yaradılmasında ulu öndərin misilsiz xidmətləri olub. Ümummilli liderin ruhu şaddır, Allah ona rəhmət eləsin!”, - K.Əliyev vurğulayıb.