"Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərlə bağlı dəyərləndirmə proseduru var. Əgər firmalar bizə koronavirusa qarşı peyvəndləri ilə bağlı müraciət edirsə, təbii ki, ÜST buna baxır. Amma biz indi gözləyirik, sübutlara baxırıq".
Unikal.org-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, hansısa dövlətin agentlikləri peyvəndlərə müsbət yanaşsa, həmin ölkələr bundan istifadə edə bilər: "Həmin ölkələr ÜST-ün rəyini gözləmək məcburiyyətində deyil. Araşdırmalar nəticəsində peyvəndlərlə bağlı müsbət nəticələr görülür".
H.Harmancı qeyd edib ki, koronavirus peyvəndi ilə bağlı ümid var: "Bildiyiniz kimi, 10 peyvənd araşdırılır. İngiltərə artıq insanları peyvənd etməyə başlayıb. Təxmin edirik ki, yaxın vaxtlarda bir neçə peyvənd olacaq”.