Belarusda son sutkada 1 975 nəfər insan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, sutka ərzində qeydə alınan ən yüksək göstəricidir. Bundan öncəki rekord göstərici dekabrın 11-də qeydə alınmışdı – 1 967 nəfər.
Unikal.org-un məlumatına görə, bu barədə Belarus Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, ümumiyyətlə, indiyədək ölkədə 158 334 nəfər koronavirusa yoluxub.
"Son sutka ərzində 1 992 nəfər, ümumiyyətlə isə 135 922 nəfər sağalıb. Virusdan ölənlərin ümumi sayı 1 254-ə çatıb", - açıqlamada deyilir.