Ermənistan prezidenti Armen Sarkisyan birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanla görüşüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti faktı təsdiqləyib. Görüş zamanı Ermənistandakı ümumi gərgin ictimai-siyasi vəziyyətin müzakirə olunduğu bildirilir.

Ermənistan mətbuatında isə prezident Armen Sarkisyanın Paşinyan hakimiyyətinin labüd süqutunu hiss edərək müxalifətlə əməkdaşlığa başladığı haqda məlumatlar yayılıb. Bildirilir ki, Manukyanla görüşdə siyasi sövdələşmənin şərtləri müzakirə mövzusu olub.

Qeyd edək ki, Armen Sarkisyan daha əvvəl eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla da görüşmüşdü.