Türkiyədən Çinə yollanan ilk qatar Qazaxıstanın Aktau limanına çatıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, dekabrın 4-də İstanbuldan yola çıxan qatar bu gün Xəzər dənizi sahilindəki Aktau limanına yetişib.
"Beket Ata" yük gəmisində bərə yolu ilə Xəzəri keçən qatarda 42 konteynerlik yük var. 2 qitə, 2 dəniz və 5 ölkədən keçən qatar sonda Çinin Şian şəhərinə çatacaq.