Latviyanın paytaxtı Riqada geniş etiraz aksiyası başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar karantin rejiminin tələblərinə və pandemiya əleyhinə tədbirlərə etiraz ediblər.

Etirazçılar kütləvi şəkildə maskalarını çıxararaq atıblar. Sosial məsafəni gözləmədiklərini nümayişkəranə şəkildə diqqətə çatdıran mitinqçilər bütün icbari tədbirlərin ləğvini tələb ediblər.

Saxlanılma ilə bağlı məlumat yoxdur. Aksiya davam etməkdədir.