Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampa dəstək aksiyası zamanı ikisi polis olmaqla səkkiz nəfər yaralanıb.

Unikal.org  xəbər verir ki, bu barədə "Washington Post" yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik qüvvələri 23 nəfəri nəzarətə götürüb, onlardan altısı polisə hücumda ittiham edilir.

Yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Daq Buşanan iki polis əməkdaşının yüngül xəsarət aldığını, naməlum şəxslərin bıçaqlı hücumu nəticəsində 4 nəfərin yaralandığını deyib.

Bıçaqlanan etirazçıların hansı qrupa aid olduğu açıqlanmayıb.