Əfqanıstanın paytaxtı Kabildə silahlı hücum nəticəsində prokuror qətlə yetirilib.
Unikal.org xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hadisə Kartei-Nev ərazisində baş verib. Naməlum şəxslər prokurora silahlı hücum edib. O, hadisə yerində ölüb.
Qətli törədənlər qaçmağa müvəffəq olublar. Partlayışa görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.