Koronavirus pandemiyasından dolayı Almaniyada da sərt karantin məhdudiyyətləri tətbiq ediləcək.
Unikal.org xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel videokonfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, 16 dekabr-10 yanvar aralığında ölkə sərt qapanmaya keçəcək:
“Qəbul edilən qərarların Milad mərasimlərinə təsirinin olacağının fərqindəyik. Lakin hərəkətə keçmək məcburiyyətindəyik. Yeni qərarlar “infeksiya zəncirinin” nəzarət alınması üçündür”.
Qeyd edək ki, sözügedən tarixlərdə Almaniyada bütün pərakəndə satış məntəqələri, o cümlədən bir sıra xidmət sahələrinin fəaliyyəti dayandırılacaq.