Gürcüstanın paytaxtı Tbilisi şəhərində silahlı insident baş verib.

Unikal.org xəbər verir ki, hadisə Nadzaldevi rayonunda qeydə alınıb. Atışma nəticəsində iki nəfər yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hələlik saxlanılan yoxdur.