Tunis Müdafiə Nazirliyi Türkiyənin ANKA-S pilotsuz uçuş aparatlarının alınması üçün müqavilə imzalayıb.

Unikal.org  xəbər verir ki, bu barədə "Yeni şəfəq" nəşri məlumat yayıb.

Müaqvilənin təxminən 80 milyon dollar dəyərində olduğu bildirilib. 52 tunisli pilota sözügedən PUA-larla bağlı Ankarada təlim keçiriləcək. Xəbərdə Türkiyə PUA-larının son vaxtlar aparılan hərbi əməliyyatlardakı üstünlüyünün bu vasitələrə tələbatı artırdığı qeyd edilib.