Türkiyədə son sutkada 218 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 5103 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 417, virusa yoluxanlar isə 1 836 728 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 603 780 pasiyent (son sutkada 22 215 nəfər) sağalaraq evə buraxılıb.