Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilib.

Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq.

Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci idlə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədi ilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib.

Allah rəhmət eləsin!