Bu ilin dekabr ayının sonuna kimi 20 milyon amerikalı koronavirus əleyhinə peyvənd oluna biləcək. Onların sayı növbəti ilin fevral ayının sonuna qədər 100 milyona çatacaq.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ səhiyyə və sosial xidmətləri naziri Aleks Azar CBS televiziyasına verdiyi müsahibəsində deyib. O, yanvar ayının sonuna kimi peyvənd olunanların sayının 50 milyona çatacağını deyib.

Azar ştat rəhbərliklərinin peyvəndləməyə nəzarət edəcəklərini bildirib. Nazirin sözlərinə görə, ölkənin 2,9 milyon sakini növbəti həftənin sonuna qədər peyvənd olunacaq. Bundan əlavə, n ABŞ-dakı qocalar evlərinin demək olar ki, 100% -i ayın sonuna kimi vaksinlə təmin olunacaqlar.