Nigeriyanın Katsina əyalətində 300-dən çox oğlan şagird məktəbdən qaçırılıb.

Unikal.org  xəbər verir ki, şagirdləri Boko Haram terrror qruplaşmasının üzvlərinin oğurladığı deyilib.

Belə ki, terrorçular havaya atəş açaraq kütləvi panika yaradıb və şagirdləri qaçırmağa nail olub. Şagirdlərdən bəziləri pəncərələrdən atılaraq terrorçulardan xilas olmağı bacarıb.

Şagirdlərin sonrakı aqibəti ilə bağlı məlumat yoxdur.